Ali Rada Ukraynanın yeni prezidenti, Regionlar Partiyasının lideri Viktor Yanukovişin inauqurasiya mərasiminin fevralın 25-də keçirilməsi barədə qərar qəbul edib. ?RİA Novosti?nin yaydığı məlumata görə, Yanukoviç parlamentin iclasında təntənəli şəkildə and içəcək. İnauqurasiya mərasiminin fevralın 25-nə təyin olunması ölkənin Ali İnzibati Məhkəməsinə Yuliya Timoşenkonun seçkilərin nəticələrinə dair şikayətini araşdırmaq üçün vaxt verməkdir. Hazırkı prezident Viktor Yuşşenko səlahiyyətlərini rəsmi şəkildə fevralın 23-də Viktor Yanukoviçə təhvil verəcək. Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda 48,95 faiz səs toplayan Viktor Yanukoviç rəqibi Yuliya Timoşenkonu 4,48 faiz qabaqlayaraq prezident seçilib.