Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxanı ölümlə hədələyiblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ə.Temirxanın özü məlumat verib. ALP yetkilisinin sözlərinə görə, ona bilinməyə? nömrədən zəng edərək ?İsa Qəmbərin əleyhinə danışsan, başını kəsərik? deyə hədələyiblər. Ə.Temirxan bu təhdid telefon zənginin arxasında İsa Qəmbərin yaxın adamlarının olduğunu düşünür. Bu səbəbdən də Əvəz bəy onu ölümlə hədələyən vasitəsi ilə İsa Qəmbərə ?yağlı mesajlar? göndərdiyini də bildirib. Qeyd edək ki, ALP yetkilisi son günlər İsa Qəmbərin agent ittihamları ilə bağlı Müsavat başqanının ünvanına kəskin tənqidi fikirlər səsləndirib.