Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərracı keçirilir. Ümumi dəyəri 3 milyon manat olan istiqrazlar əvvəlki qiymətlə, yəni 100 manata satışa çıxarılıb. İstiqrazların ödənilmə tarixi 2019-cı ilin dekabrın 11-nə qədərdir. Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu ilin dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik 3,25 faizdir. Xatırladaq ki, bu il 75 milyon manatlıq istiqraz hərraca çıxarılmalıdır. İndiyə qədər isə, istiqrazların 6 milyon manatlıq hissəsi yerləşdirilib.