ATƏT sədri Azərbaycanın siyasi partiyalarının nümayəndələri ilə görüz keçirib
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Azərbaycana səfəri çərçivəsində ölkənin siyasi partiyalarının nümayəndələri ilə görüş keçirib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyası, Müsavat Partiyası, AXCP, Ümid Partiyası, Demokratik İslahatlar Partiyası, BQP və ?Azərbaycan Naminə? İctimai Forumun sədr və təmsilçiləri qatılıb. Görüşdə ATƏT-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifələr, daxili siyasi vəziyyət və s. müzakirə olub.
Qeyd edək ki, hazırda Azərbaycanda görüşlərini davam etdirən Kanat Saudabayev daha sonra Gürcüstan və Ermənistana səfər edəcək. ATƏT sədrinin regiona səfəri fevralın 17-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51