Demokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirməyə başlayıb. Bu barədə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, ittifaq namizəd irəli sürmək imkanında olduğu dairələrin siyahısını hazırlayır. M.Mirəlioğlu DUİ-nin seçki qərargahının yaradıldığını və onun katibinin təyin olunduğunu qeyd edib: ?Biz dairələr üzrə müəyyənləşmə aparırıq. Kim namizə ola bilər, ola bilməz, Kim istəyir, bu istiqamətdə araşdırma aparırıq. Bu istiqamətdə də mərhələ-mərhələ namizədlərimizi müəyyənləşdiririk. Həm KXCP, həm DUİ olaraq, bu istiqamətdə xeyli planlarımız var?. M.Mirəlioğlu onu da qeyd edib ki, bu istiqamətdə son addımı atmaq üçün müxalifətin inteqrasiyası ilə bağlı müzakirələri n nəticələrini gözləyirlər. Bu müzakirələrdən sonra seçki qərargahımızın rəhbəri müəyyənləşəcək. KXCP sədrinin sözlərinə görə, hazırda müxalifətin bir araya gəlməsi istiqamətində göstərilən səylər davam edir: ?Biz istəyirik ki, müxalifət bir araya gəlsin və seçkidə də vahid qüvvə kimi çıxış eləsin. Bunun üçün hər kəs əlindən gələni etməlidir?.