Turizm təhsilinin inkizafı sahəsində Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq töhfəsi
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının Protokolunun 3.6.-cı bəndinə əsasən cari ilin 3 fevral tarixində Braşov şəhərində Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın "Andrei Barseanu" İqtisadi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd olunmalıdır ki, Braşov şəhəri Rumıniyanın turizm üzrə ən inkişaf etmiş Transilvaniya adlı inzibati ərazisinin mərkəzidir. "Andrei Barseanu" İqtisadi Kolleci isə Rumıniyanın ən böyük tarixə malik olan ilk peşə məktəbidir.
Mövcud əməkdaşlıq çərçivəsində bir çox məsələlər ilə yanaşı turizm ixtisası üzrə təhsil alan tələbələrin peşə bacarıqlarının (xidmət sahəsi üzrə) artırılmasına xidmət edən qısamüddətli birgə təlim-kurslarının təşkil olunması da nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47