Bu gün Milli Məclisin iclasıdır
Bu gün Milli Məclisin yaz sesiyasının ikinci iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə layihələrin müzakirəsi nəzərdə tutulur.
İclasda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Bələdiyyələrin statusu haqqında", "Hesablama Palatası haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Dövlət satınalmaları haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarına və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklərin də qəbul ediləcəyi istisna olunmur.
Bundan başqa, "Fərdi məlumatlar haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun layihələri də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51