Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən ?Ailə həkimi haqqında? qanun layihəsi hazırlanır. Bu barədə Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. M.Quliyev bildirib ki, bu qanunun məqsədi əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaqdır. Onun sözlərinə görə, dünya ölkələrində də belə təcrübə mövcuddur. Milli Məclis tərəfindən ümumilikdə səhiyyə ilə bağlı 20-ə qədər qanun qəbul olunduğunu xatırladan komitə sədrinin müavini vurğulayıb ki, ?Ailə həkimi haqqında? qanunun hazırlanıb qəbul edilməsi də sosial sifarişdir.