Davudoğlu: ?Türkiyə-Ermənistan prosesini ciddi addımlar gözləyir?
Türkiyə-Ermənistan prosesini ciddi addımlar gözləyir. Bunu Qazaxıstana səfərə yola düşməzdən əvvəl Ankara aeroportunda jurnalistlərə müsahibə verən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
?Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesində Türkiyənin siyasi iradəsi zəifləyibmi?" sualına isə nazir belə cavab verib:
?Ankara Qafqazda sülhün və stabilliyin təmin edilməsi üçün kifayət qədər siyasi iradəyə malikdir. Perspektivdə bu məsələ ilə bağlı ciddi addımlar gözlənilir".
Nazir onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə səylərini davam etdirir. Davudoğlu regionda sülhün və stabilliyin olmasında maraqlı olan tərəfləri öz vəzifələrini yerinə yetirməyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50