2009-cu ildə Sumqayıtda bütün sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 10 faiz artaraq 260 manat həddini ötüb. Sumqayıt şəhər İcra hakimiyyətinin Sosial-iqtisadi məsələlər şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, son 6 il ərzində bu göstərici şəhər üzrə 4 dəfə artıb. Onu da qeyd edək ki, ötən il eyni zamanda şəhərdə investisiya fəallığı davam etmiş, ayrı-ayrı sahələrin inkişafına 150 milyon manat dəyərində sərmayə cəlb edilib. Bununla da, son 6 ildə şəhər iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1 milyard 500 milyon manatdan çox olub.