Bakı şəhər Vergilər Departamentinin strukturunda dəyişikliklər edilib. Vergilər nazirinin birinci müavini Natiq Əmirovun sözlərinə görə, departamentin strukturuna daxil olan 1, 2 və 3 saylı filiallar ləğv edilib. Bu filialların bazasında isə yeni idarələr yaradılıb. Yaradılmış yeni idarələr Bəyannamələrin kameral yoxlanması idarəsi, Vergi borclarının məcburi alınması idarəsi və Vergi ödəyicilərinə xidmət idarəsidir. Nazir müavini qeyd edib ki, Bakı şəhərinin 11 rayonu üzrə xidmət terminallarının yaradılması üzərində iş aparılır.