İsrailin xarici işlər naziri Aviqdor Liberman sabah Azərbaycana ikigünlük səfərə gələcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Aviqdor Liberman rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycandakı yəhudi icmasının üzvləri ilə görüşü gözlənilir. Görüşlərdə beynəlxalq siyasət və təhlükəsizlik mövzusunda bir sıra məsələlər müzakirə olunacaq. Səfərin yekunu olaraq hər-hansı sənədin imzalanması nəzərdə tutulmur.