Milli Məclisin növbəti iclasının gələn həftənin cümə günündə keçirilməsi planlaşdırılır. Milli Məclisdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasın gündəliyinə altı məsələ salınıb. ?İstehsalatda bədbəxt hadisələr və peşə xəsarətləri nəticəsində peşə, əmək qabiliyyətinin itirildiyi hallarda icbari sığorta haqqında? qanun layihəsi və bir sıra qanunvericilik aktlarına əlavə və dəyişiklilər edilməsi müzakirəyə çıxarılacaq sənədlər içərisindədir. Verilən məlumata görə iclas gününə qədər gündəliyə əlavələr olunacağı istisna edilmir.