"Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya biləcəyindən Qafqazda vəziyyət hələ də qeyri- sabitdir". Bunu Vaşinqtonda ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Denis Bleyer bəyan edib. Bleyer, Türkiyə ilə Ermənistan münasibətlərinin bərpasına da münasibət bildirib. Onun sözlərinə görə, bu proses Ermənistan-Azərbaycan arasında olan həssas münasibətlərə öz təsirini göstərib. Bleyer onu da deyib ki, Rusiya prezidenti Dmitri Medvedevin keçmiş SSRİ ölkələrinə maraqlarının üstün olduğu zona kimi baxması Vaşinqtonla münasibətləri laxlada bilər.