Ukrayna paytaxtı silahlılar tərəfindən mühasirəyə alınıb
Ukraynanın baş naziri Yuliya Timoşenko paytaxt Kiyevin Viktor Yanukoviçi dəstəkləyən silahlar tərəfindən mühasirəyə alınması ilə bağlı bəyanatla çıxış edib. "Kanal 5" telekanalına müsahibə verən Timoşenko bildirib ki, Yanukoviçin silahlı tərəfdarları hakimiyyəti ələ keçirmək üçün istənilən varianta hazırdır: "Kiyev ətrafında yerləşən silahlıları "işə" salmaq Yanukoviçə xas metoddur. Ancaq silahlılar Regionlar Partiyası liderinin yeganə resursu deyil. Onun tərəfdarları həmçinin seçkilər zamanı saxtakarlıqla məşğul olur".
Ukraynanın baş naziri qeyd edib ki, ötən illər ərzində Yanukoviçin nə siyasəti, nə də metodları dəyişib:"Biz onlara öz yerlərini göstərəcəyik. Yanukoviç heç bir halda hakimiyyətə gəlməyəcək".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50