"Maşın" realiti-şousunun sonuncu buraxılışından sonra, müğənni Günel Məhərrəmova fəallaşmağa qərar verib. İş başına keçən sənətçi adını açıqlamaq istəmədiyi xalq artistlərindən biri ilə duet oxumağa hazırlaşır. Lakin hələ mahnı seçimi edilməyib. Bundan əlavə, müğənni nostalji mahnılardan ibarət telekonsert layihəsi üzərində də çalışır. Hazırda oxunulacaq mahnıların aranjemanı üzərində iş gedir. Əldə etdiyimiz məlumata görə, Günel xanım konsert öncəsi plastik əməliyyat etdirərək özünü daha gözəgəlimli etməyi planlaşdırır.