[b]Sabiq hakim yaşıl meydanlara dönmək istəyir[/b] Sabiq FİFA referisi, 2009-cu ilin martında hakimlikdən kənarlaşdırılan Anar Niyazov AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, referi AFFA prezidentindən bağışlanmasını istəyib. R.Abdullayevə müraciət ünvanlayan Niyazov əvvəlcə onun AFFA-ya başçılıq etdiyi dövrdə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən bəhs edib. Təcrübəli hakim daha sonra isə gənc olmasını nəzərə alaraq, buraxdığı nöqsanları bağışlamağı xahiş edib. Niyazov Abdullayevdən futbol sahəsinə aid bir işlə təmin olunmasına kömək etməyi istəyib.