?Neftçi? klubu növbəti dəfə baş məşqçisini dəyişə bilər. Apasport.az saytının xəbərinə görə, Vaqif Sadıqov yaxın zamanlarda istefaya göndəriləcək. Saytın məlumatına görə, onu Türkiyənin ?Sivasspor? klubunun çalışdırıcısı Bülənt Uyğun əvəzləyəcək. Xatırladaq ki, az öncə ?Neftçi? klubunun prezidenti də dəyişib. Əkbər Hacıyevi əvəzləyən Sadıq Sadıqovun komandaya gəlişindən sonra vitse-prezident Tahir Süleymanovun da komandadan uzaqlaşdırılacağı gözlənilir. ?Neftçi?nin vitse-prezidenti Tahir Süleymanov isə Vaqif Sadıqovun türk mütəxəssis Bülənt Uyğunla əvəzlənəcəyini təkzib edib. ?Komandada baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz. Hazırda əsas məqsədimiz komandanı gücləndirməkdir? ? deyə Süleymanov bildirib. Qeyd edək ki, türk mətbuatı Bülənt Uyğunun ?Neftçi? klubunun baş məşqçi postuna gətirildiyini yazıb. Məlumata görə, yanvarın 6-da tərəflər arasında rəsmi müqavilə bağlanacaq.