Milli Məclis 2009-cu ilin payız sessiyasının hesabatını verir
Milli Məclisin 2009-cu ilin payız sessiyası dövründəki fəaliyyəti nəticəsində müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edilib. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu ilin payız sessiyası dövründə, ümumilikdə, Milli Məclisin 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub. Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır.
2009-cu ilin payız sessiyası dövründə Milli Məclisin komitələrinin 62 iclasında 167 məsələyə baxılıb, 146 sənəd müzakirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51