Lavrov və Klinton Qarabağ münaqizəsini müzakirə edib
ATƏT-in Minsk Qrupuna həmsədr olan Rusiya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri Londonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdən sonra müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, o, amerikalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamasalınması prosesi barədə danışıqlar aparıb.
Rusiyanın baş diplomatı Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü barədə ətraflı məlumat verib. Məsələnin asan olmadığını deyən Lavrov, bununla belə tərəflərin hamısının bu problemin həlli istiqamətində irəliləmək istəyi olduğunu vurğulayıb.
Qeyd edək ki, görüş Londonda Əfqanıstanla bağlı bu gün keçiriləcək konfrans öncəsi baş tutub. Lavrov konfransın mövzusuna da toxunub və deyib ki, keçmiş Taliban üzvlərinin Əfqanıstan hökumətinə qaytarılması əfqan hökumətinin daxili işidir. Bu proses BMT Təhlükəsizlik Şurasının hazırda icra edilən prosedurları əsasında həyata keçirilməlidir. Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün baş tutacaq London görüşünün çağrılmasının səbəblərinə toxunaraq bir neçə məsələyə də aydınlıq gətirib. Lavrov Əfqanıstan hökumətinin ölkədə tam nəzarəti ələ keçirməsində Rusiyanın da maraqlı olduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50