Bu il əhalini yoxsulluq səviyyəsi aşağı düşəcək. Belə ki, bu il Azərbaycan hökuməti sosial reabilitasiya proqramı həyata keçirəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, məqsəd aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməkdir. Onun sözlərinə görə, bu proses nəticəsində yoxsulluğun səviyyəsi daha da azalacaq.