Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-də Londonda türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalına müsahibəsində həmin ölkənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu bildirib. Ə.Davudoğlu deyib ki, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov ilə görüşləri olub: "Hər ikimiz Londonda, Əfqanıstana dair beynəlxalq konfransda iştirak edəcəyik. Orada da görüşümüz olacaqdır. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ətraflı müzakirə edəcəyik. Biz bu prosesdə irəliləyişin olduğunu görürük?.