Bu gün Özbəkistan hökuməti yeni seçilmiş parlament qarşısında öz səlahiyyətlərinə son verib. ?Ria-novosti? agentliyinin yayadığı xəbərə görə, bu barədə Özbəkistan parlamentinin aşağı palatasının sədri Dilor Taşmuxamedova bildirib. ?Baş nazir Şovkat Mirziyev Ali Məclisə (parlament) Nazirlər Kabinetinin istefası ərizəsini təqdim edib?,-deyə Taşmuxamedova bildirib. Onun sözlərinə görə, Ali Məclis istefa ərizəsini qəbul edib və Mirziyevdən yeni hökumətin tərkibi təsdiqlənənə qədər səlahiyyətlərinin icrasını davam etdirməyi xahiş edib.