Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Girma Volde-Giorgisə ?Ethiopian Airlines? şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Azərğaycanın dövlət başçısı Livan Respublikasının prezidenti Mişel Süleymana da Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması və çoxlu sayda insanın həlak olması olması ilə bağlı başsağlığı göndərib: ?Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm?.