Yanvarın 26-dan 31-dək Uqandanın Kampala şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqının VI sessiyası, eyni zamanda bu qurumun Siyasi və iqtisadi məsələlər üzrə daimi Komitəsinin iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirlərdə parlamentin deputatları Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə iştirak edəcəklər. İclaslarda Orta Şərq regionunun kütləvi qırğın silahlarından azad zonaya çevrilməsi, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı, İraqda vəziyyət, terrorizmə qarşı mübarizə, İslam dünyasına münasibətdə Qərbin ikili standartlar siyasətinin nəticələri, Qəzza zolağındakı əhaliyə yardım göstərilməsi və digər mövzularda müzakirələr aparılacaq.