Ötən ay bakida mənzilin orta qiyməti 112650 dollar olub. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin məlumatına görə, 2009-cu ilin dekabr ayında Bakı şəhəri üzrə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2.6% artıb. Ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında nisbi qiymət dəyişməsi baş verib. Satış qiymətlərində 0,3%, icarə qiymətlərində isə 0.7% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kvadratmetr qeyri-yaşayış sahəsinin orta qiyməti 2990 dollara enib. Təkrar mənzil bazarına gəlincə, dekabr ayı ərzində təklif 2.8% artıb, orta qiymət isə 3.7% azalıb. Dekabr ayında otra qiymət 1 kvadratmetr üçün 1186 dollar olub. Mənzilin orta qiyməti isə 112650 ABŞ dolları təşkil edib.