Müsavat Gənclər Təşkilatı parlament seçkiləri öncəsi bəzi tədbir və aksiyalar keçirməyi planlaşdırır. İlk olaraq müxalifyönümlü müstəqil gəncliyin bir araya gəlməsi, birgə fəaliyyət göstərməsi üçün Müsavat Gənclər Təşkilat bir necə addım atmağı planlaşdırır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün saat 1400-də Müsavat Partiyasının Mərkəzi Qərargahında Müsavat Gənclər Təşkilatı siyasi partiyaların gənclər təşkilatlarının, gənclər hərəkatlarının, tələbələrin, gənc yazarların, köşə yazarların və ziyalıların birgə iştirakı ilə tədbir keçirəcək. 2010-cu il parlament seçkiləri öncəsi hədəflər, məqsədlər uğrunda birgə fəaliyyət barədə müzakirələr disput formasında aparılacaq.