Əvəz Temirxan ?Yeni Müsavat? qəzetini məhkəməyə verəcək
Müsavat başqanı İsa Qəmbərin Məclisin son iclasında müxalifət qüvvələri arasında Rusiyaya, İrana və Azərbaycan hakimiyyətinə işləyənlərin olmasını bəyan etməsi bir sıra narazılıqlara yol açıb.
Bu günlərdə isə ?Yeni Müsavat? qəzeti mənbəyə istinadən Rusiyaya işləyən müxalifət partiyasının ALP olduğunu və İsa Qəmbərin də bu partiyanı nəzərdə tutduğunu yazması narazılığı daha da artırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxan belə bir böhtan yazmasına görə sözügedən qəzeti və baş redaktorunu məhkəməyə verəcəyini bildirib: ?Bir müddət öncə də ?Yeni Müsavat? qəzeti ALP barədə bu cür böhtanlar yazmışdı, amma bələdiyyə seçkiləri ilə bağlı olaraq, məhkəməyə müraciət etməmişdim. Amma görünən odur ki, bu qəzet öz missiyasını davam etməkdədir. Ona görə də qəzeti və baş redaktoru məhkəməyə vermək fikrindəyik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51