?Bu ilin sonunadək Azərbaycanda inflyasiya səviyyəsinin 5-7 faiz civarında olacağı gözlənilir?. Bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib. Onun sözlərinə görə, ötən 2009-cu il ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilə nisbətən 1,5 faiz artıb. O bildirib ki, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, xidmət tarifləri 7,1 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,5 faiz ucuzlaşıb: ?Bu ilin sonunda isə inflyasiya ötən ilki kimi bir rəqəmli qalacaq. Lakin builkindən fərqli olaraq 5-7 faiz civarında olacağı gözlənilir. Bu il ərzində əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir?. DSK sədri onu da qeyd edib ki, inflyasiyanın sürətlənməsi inhisarçılıqla yanaşı, qiymətlərin süni artırılması ilə bağlıdır. ans