?istanbul Fashion Show? sərgisinə həsr olunmuz mətbuat konfransı keçirildi
Yanvar ayının 22-də ?Park İnn? otelində ?İstanbul Fashion Show? sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi. Layihənin Azərbaycan üzrə koordinatorları Alper Çekic və Anıl Seçerin, təşkilat komitəsinin sədri Ruhiyyə Kaçan və ?Meridyen? şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlunun qatıldığı mətbuat konfransında media nümayəndələrinə sərginin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıqlar və iş birlikləri barədə ətraflı məlumat verildi.
Qeyd edək ki, bu, ?Meridyen?in Azərbaycanda təşkil edəcəyi yeganə sərgi olmayacaq. Belə ki, şirkət bu ilin sonuna kimi ölkəmizdə daha bir neçə moda sərgisi təşkil etməyi düşünür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47