Prezident İlham Əliyev yanvarın 21-də rəssam Tokay Məmmədovun emalatxanasına baş çəkərək xalq qəhrəmanı Koroğlunun heykəlinin layihəsinə baxıb. Ötən il dekabrın 4-də prezident Azərbaycan paytaxtında Koroğluya heykəl ucaldılmasına sərəncam verib.