Bu gün Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev partiyanın mərkəzi aparatında ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonla görüşüb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səmimi və anlaşma şəraitində keçən görüşdə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, söz azadlığı, insan haqları və hazırkı demokratik durum müzakirə edilib. Sonda Coanna Qansonla xüsusi razılaşma əldə olunub ki, seçki ili olduğu üçün bu cür görüşlər tez-tez həyata keçirilsin.