2009-da adambazına düzən üDM-un həcmi 7,9 faiz artıb
?Ölkə iqtisadiyyatının artmasının 2009-cu ildə davam etməsi, ümumi daxili məhsulun real artımının böhran ili üçün çox yüksək - 9,3 faiz səviyyəsində əldə edilməsi Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutudur, siyasi və iqtisadi idarəetmənin kamilliyinin göstəricisidir. Bu mühüm nailiyyətin əldə edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl sürətdə qurulması hesabına mümkün olmuşdur?.
Bu fikirləri maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söyləyib. Nazirin sözlərinə görə, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19