Milli Məclisin yaz sessiyası fevralın 1-də bazlayacaq
Yanvarın 15-dən Milli Məclisin komitələri fəaliyyətə başlayıb. Parlamentin yaz sessiyası isə fevralın 1-də işə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, parlamentin yaz sessiyasında ?İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında?, ?Pambıqçılıq haqqında?, ?Ali təhsil haqqında?, ?İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında?, ?Fərdi məlumatlar haqqında?, ?Elm haqqında?, ?Dövlətin elmi texniki siyasəti haqqında?, Azərbaycan Respublikasının Tikinti Məcəlləsi, Rəqabət Məcəlləsi və s. qanun layihələri müzakirə olunacaq.
Bundan başqa, sessiya müddətində Nazirlər Kabinetinin hesabatı, Ombudsmanın illik məruzəsi dinləniləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51