Şahin Mustafayevin rəhbərlik etdiyi heyət beynəlxaq tədbirdə iztirak edəcək
gn=left]2010/sahin-mustafayev.jpg[/libt]
Yanvarın 18-də İsveçrənin Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ölkəmizi Azərbaycan tərəfdən Komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın, ?Azərsu? ASC-nin, ?Meliorasiya və Su Təsərrüfatı? ASC-nin nümayəndələri daxildir.
Birgə Komissiyanın 4-cü iclasında Komissiyanın ötən iclasının Protokoluna uyğun olaraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlər, eləcə də qarşıdakı dövrdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Azərbaycan və İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulur.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19