AMiP 2010 parlament seçkilərinə təkbazına qatılmaq istəyir
Bu gün Milli İstiqlal Partiyası Siyasi (AMİP) Şurasının iclasında parlament seçkisində iştirak məsələsi müzakirə olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP katibi Əli Orucov bildirib ki, iclasda partiyanın fəaliyyət proqramı qəbul olunub.
Onun sözlərinə görə, AMİP konstitusiya və Seçki Məcəlləsinə dəyişikliyi zəruri sayır. AMİP yetkili deyib ki, seçki komissiyalarının tərkibində dəyişiklik edilməli, proporsional sistem bərpa olunmalıdır. Onun fikrincə, bu addımlar ölkədə normal seçki keçirilməsinə imkan yaradar.
AMİP-in seçkiyə hansı formada qatılacağına gəlincə, Ə.Orucov hələlik seçkiyə təkbaşına qatılmaq barədə düşündüklərini vurğulayıb, amma vəziyyətə uyğun olaraq başqa qərar da verilə bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51