?Hazırlıqlarımız çox yüksək səviyyədə keçir. Buradakı təlim-məşq toplanışı çox gözəl təşkil olunub. Burada çox yüksək səviyyədə hazırlıq keçirik?. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına verdiyi açıqlamada ?Xəzər Lənkəran?ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis çempion olacaqlarına inandığını deyib: ?Futbolçularıma güvənirəm. Çempionluq uğrunda mübarizə aparırıq. İstəyimizə çatıb, çempion olacağıq?. Qeyd edək ki, yayda ikinci dəfə ?Xəzər Lənkəran?a qayıdan Mircavadov arxada qalan müddətdə konkret olaraq, çempion olacaqları ilə bağlı proqnoz verməmişdi.