Türkiyənin ?Qalatasaray? klubu İngiltərənin ?Everton? komandasının futbolçusu Lukas Neyllə müqavilə bağlayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı avstraliyalı mərkəz müdafiəçisi qarşıdakı 1,5 il müddətində ?sarı-qırmızı? forma geyinəcək. Bu keçid qarşılığında Neylə ildə 1,7 milyon, ?Everton?a isə 600 min avro ödənəcək. Təcrübəli oyunçu Avropa Liqasında ?Qalatasaray?a kömək edə biləcək. Çünki Neyl bu mövsüm Avroliqada mübarizə aparan ?Everton?un UEFA-ya verdiyi sifariş ərizəsində yer alsa da, heç bir matçda meydançaya çıxa bilməyib. Qeyd edək ki, indiyədək 57 dəfə Avstraliya milli komandasının formasını geyinmiş Lukas Neyl 2006-cı il dünya çempionatında çıxış edib.