Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, mütəmadi olaraq məcəllənin monitorinqi aparılır. Bu monitorinq nəticəsində sənəddə müəyyən yeniliklərin edilməsi zərurəti ortaya çıxıb. H.Rəcəbli qeyd edib ki, cəmiyyətdəki reallıqlar qanunda əks olunmalıdır. Ona görə də, Milli Məclisin Sosial siyasət komitəsi müvafiq dövlət qurumları ilə birgə Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı layihə hazırlayıb. Komitə sədrinin sözlərinə görə, yaz sessiyasında layihənin müzakirəyə çıxarılması gözlənilir.