Nəticələri ləğv olunmuş bələdiyyələrə üç aydan sonra seçkilər keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu müddət qanunvericilikdə müəyyənləşdirilib və komissiya qanunvericiliyə uyğun addımlar atacaq. Qeyd edək ki, MSK 23 dekabrda keçirilən bələdiyyə seçkilərinin nəticələrini rəsmən elan edib.