Yanvarın 15-də boks üzrə Azərbaycan çempionatına start veriləcək. Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, 5 gün davam edəcək çempionat ?Sərhədçi? Olimpiya İdman Mərkəzində baş tutacaq. Yarışda 40 şəhər və rayondan 200-ə yaxın boksçu qüvvəsini sınayacaq.