?inter? də ?Tofiq Bəhramov? adına Respublika stadionunu seçdi
Bakının ?İnter? komandası 2010-2011-ci il mövsümündə Avropa kuboklarına vəsiqə qazanacağı halda, ev oyununu keçirəcəyi stadionu müəyyənləşdirib. Bu haqda Lent.az-a ?İnter? Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov məlumat verib.
Onun sözlərinə görə, komanda rəqiblərini Toqif Bəhramov adına Respublika stadionunda qəbul etməyi qərara alıb. Nikolov bu addımı məcburiyyətdən atdıqlarını bildirib: ?İcarəyə götürdüyümüz ?Şəfa? stadionunda beynəlxalq oyunları 2011-ci ildən tez keçirə bilməyəcəyik. Ona görə də Respublika stadionunu seçməli olduq?.
Klub prezidenti tezliklə Respublika stadionu ilə müvafiq razılığın əldə olunacağını əlavə edib.
Beləliklə, qarşıdakı mövsüm Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək 4 klubumuz rəqiblərini ən yaxşı halda cəmi iki stadionda qəbul edə biləcək. ?Neftçi?, ?Bakı?, ?İnter?, ?Qarabağ?, ?Olimpik-Şüvəlan?, ?Qəbələ? və ?Simurq? Tofiq Bəhramov adına Respublika stadionunu seçib. Yalnız ?Xəzər-Lənkəran? Avrokuboklarda oynamaq hüququna yiyələnəcəyi halda, Lənkəran şəhər mərkəzi stadionunun xidmətindən yararlanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11