Demokratiya Uğrunda İttifaqa daxil olan MQP-nin Müsavat-AXCP-KXCP birliyi təklifinin DUİ-nin parçalanmasına hesablandığını bəyan etməsi birmənalı qarşılanmayıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə hər hansı bir narahatlığa əsas görmür. Onun sözlərinə görə, MQP-nin bəyanatı düzgün anlaşılmayıb: ?Söhbət ?Azadlıq? bloku olmadan AXCP-dən, DUİ olmadan KXCP-dən gedirsə, onda subyektiv fikir olsa da belə, bunu ehtimallardan birisi kimi qəbul etmək olar. Amma bizim dünən müzakirə edib qəbul etdiyimiz qərar tamam başqadır. Hesab etmişik ki, DUİ-Azadlıq-Müsavat əməkdaşlığı olsun, yəni partiyaların əlahiddə əməkdaşlığından söhbət getmir?. KXCP sədri onu da qeyd edib ki, MQP-nin qeyd etdiyi birlik, yaxud əməkdaşlıq formatı ortada olmadığı üçüq DUİ-də hər hansı bir problem yaşanmayacaq.