MSK bələdiyyə seçkilərində qalib gəlmiz namizədlərlə bağlı statistik məlumatları açıqlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyəti və digər kriteriyalar üzrə statistik məlumatları açıqlayıb.
MSK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, səsvermə nəticəsində 115591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlən namizədlərdir.
Statistik məlumatlara görə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədlərindən 81-i, Ana Vətən Partiyasının namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərindən 61-i, Ümid Partiyasının namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyasının namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyasının namizədlərindən 5-i, Müsavat Partiyasının namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib.
Partiya mənsubiyyətinə görə isə səsvermə nəticəsində YAP-ın 10 431, AVP-nin 214, BQP-nin 142, ASRP-nin 133, VHP-nin 115, BAXCP-nin 95, Ümid Partiyasının 43, Kommunist Partiyasının 25, DİP-in 18, AMİP-in 15, VBP-nin 14, Ədalət Partiyasının 13, MMP-nin 5, Müsavat Partiyasının 3, Demokratik Azərbaycan Dünyası Partiyasının 3, KXCP-nin 3, ADP-nin 2, Milli Vəhdət Partiyasının 2, AXCP-nin isə 1 üzvü bələdiyyə üzvü seçilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51