2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatı 16% azalıb
2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 15,6% azalaraq 5 milyard 175 milyon ABŞ dollarına düşüb. ?İqtisadi forum? jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən il Bankın valyuta ehtiyatı 961,4 milyon dollar azalıb.
Məlumata görə, 2009-cu ilin yanvar ayının 1-i tarixinə valyuta ehtiyatının həcmi 6 milyard 137 milyon dollar olsa da, il ərzində azalma müşahidə edilib.
Noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatı 5,5 milyon dollar azalıb. Halbuki 30 noyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5 milyard 181,1 milyon dollar təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2008-ci ilin dekabrın 31-də ən yüksək həddə - 6137 milyon dollar təşkil edib. Bankın valyuta ehtiyatı 2009-cu ildə iyul ayında ən aşağı həddə - 4 milyard 787 milyon dollara düşüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19