18-19 fevral tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova məlumat verib. R.Aslanova bildirib ki, sessiyada ənənəvi olaraq Avropa məkanı üçün önəm kəsb edən məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, Azərbaycan parlamentinin nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcəklər. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair faktlar Avropa parlamentarilərinin diqqətinə çatdırılacaq.