Bu gün Azərbaycan Liberal Partiyası (ALP) və Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkətin sədrliyi ilə ALP və MBH rəhbərliyinin iclası keçirilib. ALP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət, 2009-cu ilin yekunları, 2010-cu il üçün fəaliyyət planı və bu il keçiriləcək parlament seçkisi müzakirə olunub.