ABŞ-ın Əfqanıstandakı konsulluğuna raket atılıb. ?CNN Türk?-ün yaydığı xəbərə görə, Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki ABŞ konsulluğuna 3 raket zərbəsi endirirlib. Raket zərbələrinidən birinin binaya dəydiyi bildirilir. Verilən məlumata görə, ölən və yaralanan olmayıb. Belə ki, raket binanın ikinci mərtəbəsinə düşüb, lakin həmin mərtəbədə konsulluğun nümayəndələrindən kimsə olmayıb.