Şahin Mustafayev: "2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalacaq"
2010-cu ildə və ondan sonrakı illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcək. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, bu siyasət 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına, işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin artırılmasına imkan verəcək.
Eyni zamanda, sosial infrastrukturun inkişaf etdirilməsi, təhsil və səhiyyədə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və davamlı inkişafa nail olunması istiqamətində əhəmiyyətli addımlar atılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19