Eks-spiker Rəsul Quliyevin lideri olduğu AÇIQ Cəmiyyət Partiyası (ACP) qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən ACP sədri Vaqif Mahmudov seçkidə digər partiyalarla əməkdaşlıq edə biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, istənilən qüvvə ilə əməkdaşlıq edə bilərlər. Ancan V.Mahmudov hansısa partiya ilə bir blokda olamalarını istina edib. O, bunu blok daxilində müəyyə çərçivədə fəaliyyət göstərmək istəmədikləri ilə əlaqələndirib.